Azərbaycanın ən çox turist qəbul edən şəhərində yeni körpü tikilir - Foto

15:33 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. Qəbələdə yeni körpü tikilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  ABC.AZ-a bildirilib ki, 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini Qəbələnin mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası istiqamətində işlərə başlanılıb.

Agentliyin məlumatına görə, yeni körpünün inşası ilə qonşu kəndlərə rahat gediş-gəlişi təmin olunacaq, bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq, yeni turizm marşrutlarının yaranmasına zəmin yaratmaqla əhalinin həyat şəraitinə müsbət təsir etmiş olacaq.

 

Bütün xəbərlər