Ukraynadan Azərbaycana quş ətinin gətirilməsinə qadağa qoyuldu – Agentlik sahibkarlara çağırış etdi

15:49 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. Ukraynadan ölkəmizə diri quş və quş məhsullarının idxalına epizootik vəziyyət sabitləşənədək müvəqqəti məhdudiyyət qoyulub.

ABC.AZ Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən bir sıra Avropa ölkələri ərazisində quşlar arasında xəstəlik törədicisi aşkar olunub.

Bununla əlaqədar AQTA ölkəyə idxal edilən quş əti və digər quş məhsulları üzərində nəzarət tədbirləri gücləndirilib. Ukrayna ərazisindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qeyd edək ki, Agentlik həmçinin quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarları diqqətli olmağa çağırıb.

 

Bütün xəbərlər