İpoteka Fondu “PAŞA Kapital İnvestisiya Şirkəti”-ni tenderin qalibi elan etdi – Müqavilə imzalandı

16:21 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ Fonda istinadən xəbər verir ki, Fond üçün qiymətli kağızlarla aparılan əməliyyatlarda müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlər satın alınacaq. Fond bunu tenderin qalibi “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə həvalə edib.

Qeyd edək ki, tenderin qalibi müəyyən olunsa da hələlik Fond müqavilənin məbləğini açıqlanmayıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər