Yeni yaradılmış “İpoteka və Kredit Zəmanət Fondu”nun nizamnamə kapitalı 466 milyon manat təşkil edəcək

16:12 - 26.12.2017


26 dekabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondu”nun  müddəasını təsdiq etdi.

İpoteka və Kredit Zəmanət Fondu ölkədə əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir.

Fondun nizamnamə kapitalı 466 milyon manat səviyyəsində təyin edilib.

 

 

Bütün xəbərlər