Azercell-in “Mobil Göz Klinikası”-nda 900-dən çox adam müayinə edilib

17:29 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. Müasir texnologiyalar və effektiv həllərin tətbiqi vasitəsilə insan həyatını asanlaşdırmağı hədəf seçən Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC bu istiqamətdə öz fəaliyyətini davam etdirir. 

Azercell-in dəstəyi ilə valideyn himayəsindən məhrum uşaqlar üçün müayinə və profilaktikanın aparılmasını təmin edən “Mobil Göz Klinikası” ən müasir avadanlıqla təchiz olunub. Klinikanın xidmətlərindən, eyni zamanda, ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır.

2019-cu il ərzində müayinədən keçənlərin 759-u uşaq və 142-si böyüklər olmaqla, cəmi 901 nəfər olmuşdur.

Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində “Mobil Göz Klinkası” minlərlə insana xidmət göstərib.

Bütün xəbərlər