Mərkəzi Bank bu sığorta şirkətinin lisenziyasını ləğv etdi

10:25 - 3.02.2020


3 fevral, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkəti bağlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq “Star Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciətinə əsasən, Cəmiyyətə sığorta agenti fəaliyyətinə verilmiş 08 noyabr 2013-cü il tarixli, 000995 nömrəli lisenziya ləğv edilib.

Qeyd edək ki, adıçəkilən şirkət 2013-cü ildə dövlət qeydiyyatına alınmışdı. Kreditorlar iki ay ərzində tələblərini AZ1030 Bakı şəhəri, Nərimanov rayonu, Əlişir Nəvai küçəsi, ev 22, mənzil 118 ünvanına bildirə bilərdilər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər