330x110
 

Günay Sığorta səhmdarları təcili toplanır - Mənfəətlərin bölüşdürülməsi müzakirə olunacaq

03.02.2020,10:33


3 fevral, Fineko/abc.az. Bu gün “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti  səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, yığıncaqda 2019-cu ilin yekunlarına görə mənfəətlərin dividend şəklində bölüşdürülməsi, hər birinin nominal dəyəri 1000 manat olan 1000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazların buraxılması (cəmi 1 milyon manatlıq) məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, yığıncaq “Günay Sığorta”nın Bakı şəhəri, AZ 1065, Yasamal rayonu, İnşaatçılar prospekti, 75C ünvanında yerləşən ofisində keçiriləcək.

Müəllif: Elmir Murad