Azərbaycanda işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi 89 milyon manatdan çox təşkil edəcək

16:44 - 26.12.2017


26 dekabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsini təsdiq etdi.

Dövlət başçısının sərəncamına əsasən, fondun gəlirləri və xərcləri eyni səviyyədə, hər biri üzrə 89 040 000,0 manat səviyyəsində təsdiq edilib.

Fondun gəlirləri büdcə təşkilatlarından (17 726 212,0 manat) və həmin təşkilatların işçilərindən, digər sığortaçılardan (53 567 576,0 manat) və digər mənbələrdən (20 000,0 manat) toplanmış sığorta haqlarının hesabına formalaşacaq.

 

Bütün xəbərlər