330x100
 

Azərbaycanda 2018-ci il üçün yaşayış minimumu 173 manat təşkil edəcək

26.12.2017,16:56


26 dekabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev növbəti il üçün yaşayış minimumunu  təsdiq edib.

“2018-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən,  2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən  edilib.

Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.