Avropaya icazələrdə yenilik - Vətəndaşlarımız üçün Şengen vizasının dəyəri dəyişmədi

14:05 - 3.02.2020


3 fevral, Fineko/abc.az. Fevral 2-dən Avropa Birliyinin yeni Viza Məcəlləsi qüvvəyə minib.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara uyğun olaraq bundan sonra Avropaya səyahət etmək istəyənlər üçün icazələr daha çox veriləcək. Yeniliyə görə, Şengen vizasının dəyəri də stabil qalıb.

Belə ki, Rusiya, Gürcüstan, Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Makedoniya, Ermənistan, Albaniya, Ukrayna, Moldova və Azərbaycan səyahətçiləri üçün Şengen vizasının dəyəri dəyişməyəcək və Konsulluq haqqı 35 avro olmağa davam edəcək. Adıçəkilən ölkələr üçün xidmət haqqı stabil qalsa da Şengen zonasının bir hissəsi olan Avropa ölkələrinin viza mərkəzlərindəki xidmətlərinin ümumi dəyəri daha çox olacaq.

Qüvvəyə minmiş Viza Məcəlləsinə əsasən, 5 illik Şengen, son üç ildə bir neçə dəfə və düzgün istifadə edilmiş Şengen vizasına sahib olanlar üçün daha əlçatan olacaq.

Bununla yanaşı bundan sonra ilk dəfə Avropaya səyahət edənlərə yalnız səfər müddəti üçün giriş icazəsi veriləcək.

https://www.schengenvisainfo.com/

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər