Dövlət şirkəti 200-ə yaxın istehsalçı ilə müqavilə imzalayıb – Hesabat

14:50 - 3.02.2020


3 fevral, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar tәdarük vә tәchizat” ASC 2019-cu il әrzindә görülmüş işlәr barәdә hesabat açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, ötən il ümumilikdә 2014 tәchizetmә nöqtәsinə 57 937 ton mәhsul tәchiz edilib.

Hesabatda qeyd edilib ki, satınalan tәşkilatların tәlәbatlarının öyrәnilmәsi mәqsәdilә tedaruk.az portalında elanlar yerlәşdirilib vә 163 mәhsul üzrә 310 istehsalçı vә satıcıdan tәklif qәbul edilib. Hәmin tәkliflәr üzrә müvafiq araşdırmalar aparıldıqdan sonra 177 istehsalçı vә satıcı ilә müqavilә imzalanıb.

2019-cu il ərzində satınalan təşkilatlara təchiz olunan ərzaq məhsulları kateqoriyaları üzrə məlumatla http://att.gov.az/storage/legislations/d548b74c7976c1bb9ee1cd7006d3f827.pdf buradan tanış ola bilərsiniz.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər