İcbari Tibbi Sığortadan sonra Qubada vəziyyət necədir? - Açıqlama

15:33 - 3.02.2020


3 fevral, Fineko/abc.az. İcbari Tibbi Sığortanın tətbiq olunduğu Qubada Rayon Mərkəzi Xəstəxanasına hər gün 800-1000 nəfər xəstə müraciət edir.

ABC.AZ xəbər verir ki, bunu Quba Rayon Mərkəzi Xəstəxananın baş həkimi Əlyar Sərvərov Real TV-yə müsahibəsində İcbari Tibbi Sığortanın tətbiq olunmasından keçən zamanı dəyərləndirərkən deyib.

Baş həkim qeyd edib ki, Qubada İcbari Tibbi Sığorta tətbiq olunandan sonra xəstəxanada nerocərrahi və travmatik oynaq əməliyyatları da icra olunmağa balşayıb. Ə.Sərvərov rayondakı şəkər xəstələrinin dərmanla təminatı məsələsinə də toxunub: “Dövlət proqramı ilə qeydiyyatda olan xəstələrə dərmanların verilməsi ilə bağlı heç bir problemimiz yoxdur. Dərmanlarla tam təmin olunmuşq. Artıq fevral ayı üçün dərmanların bir qismi gəlib, digərləri də gəlməlidir. Dövlət proqramında olunan xəstələr İcbari Tibbi Sığorta tərəfindən tam təmin olunacaq”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər