Bakıda məbləğinə görə ən çox inşaat işləri aparılan rayon Nəsimidir - Siyahı

16:01 - 3.02.2020


3 fevral, Fineko/abc.az. Ötən il şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 214,2 milyon  manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3% az vəsait yönəldilib. 

ABC.AZ Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 47,6%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Belə ki, 2019-cu ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,2%-i tikinti, yenidənqurma və genişləndirmə, 7,9%-i əsaslı təmir, 4,7%-i cari təmir, 19,2%-i isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 81,2%-i qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Ötən il Bakı üzrə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri:

  Cəmi,
min manat
Əvvəlki ilin
müvafiq dövrünə nisbətən,
%
Bakı şəhəri – cəmi         7 347 825,1 110,8
o cümlədən rayonlar:
Binəqədi         788 189,4 125,6
Xətai        954 857,6 92,3
Xəzər        26 781,5 31,3
Qaradağ        377 456,7 130,0
Nərimanov        909 801,0 110,8
Nəsimi     1 611 570,8 104,1
Nizami        239 466,0 65,8
Sabunçu        649 608,5 4,4 d.
Səbail       793 036,2 113,6
Suraxanı      174 041,9 127,9
Yasamal       823 015,5 93,5

 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər