Neftin qiymətləri düşdü, “Azeri Light” $3,8 ucuzlaşdı

10:05 - 4.02.2020


4 fevral, Fineko/abc.az. Bazar ertəsi düşəndən sonra, çərşənbə axşamı günü neftin qiymətləri artmağa başlayır.

Fevralın 3-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $2,17 (3,83%) düşərək bir barelə $54,45 təşkil etmişdir. Aprelin fyuçers qiyməti saat 9:35-də $0,43 (0,79%) artaraq bir barelə $54,88  təşkil etmişdir.

Fevralın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $1,45 (2,81%) azalaraq bir barelə $50,11 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:35-də $0,53 (1,06%) artaraq bir barelə $50,64 təşkil etmişdir.

Yanvarın 6-da WTI markalı neftin ən yüksək qiymətinin düşməsi  ($63,27)  25%-dən çox olub.

 

Bütün xəbərlər