13 ildir bank sektorunda işləyən şəxsə Unibank-da vəzifə verildi – Yeni təyinat

11:10 - 4.02.2020


4 fevral, Fineko/abc.az. Unibank rəhbərliyində yeni təyinat olub.

ABC.AZ xəbər verir ki, “Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Fərid Abuşov İdarə heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini təyin edilib. Hazırda “Unibank”ın informasiya texnologiyaları və strateji inkişaf istiqamətləri Fərid Abuşovun kurasiyasındadır.

Qeyd edək ki, F.Abuşov 2007-ci ildən bank sektorunda çalışır. Unibank komandasına isə 2019-cu ildən qoşulub. Adıçəkilən şəxs İdarə heyəti sədrinin müavini təyinatınadək Unibank Müşahidə Şurası sədrinin strateji inkişaf məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər