LUKoil 2019-cu il istehsalın ilkin nəticələrini açıqlayıb

11:34 - 4.02.2020


4 fevral, Fineko/abc.az. 2019-cu ildə Rusiyanın “LUKoil” şirkətinin neft-qaz hasilatının artması əsas etibarilə 2018-ci ildə Azərbaycanda “Şahdəniz” layihəsinin ikinci mərhələsinin işə salınması ilə bağlıdır.

Xəbər verilir ki, “LUKoil” şirkəti 2019-cu ilin dördüncü rübü və bütövlükdə il ərzində istehsalın ilkin nəticələrini açıqlayıb.

 Məlumatda deyilir ki, 2019-cu ildə neft hasilatı “Qərbi Kurna-2” layihəsi nəzərə alınmadan 85,9 milyon ton təşkil edib ki, bu da 2018-ci ilin səviyyəsindən 0,3 faiz çoxdur. Neft-qaz hasilatının artması əsas etibarilə 2018-ci ildə Azərbaycanda “Şahdəniz” layihəsinin ikinci mərhələsinin işə salınması, habelə 2019-cu ilin sentyabrında Konqo Respublikasında “Marine XII” layihəsində pay əldə edilməsi ilə bağlıdır.

Ötən ilin üçüncü rübü ilə müqayisədə dördüncü rübdə neft-qaz hasilatı dəyişməyib.

© Azertag.az

 

Bütün xəbərlər