Azərbaycanda kiçik otellər yaradılacaq – Mikayıl Cabbarov

12:19 - 4.02.2020


4 fevral, Fineko/abc.az. Azərbaycanda kiçik otellər yaradılacaq.

ABC.AZ xəbər verir ki, bunu fevralın 3-də keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, kiçik biznesin və məşğulluğun genişlənməsinə imkan yaradan amillərdən biri də turizm axınıdır: “Turizm gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması və mövcud potensialdan səmərəli istifadə edilməsi üçün kiçik mehmanxanalar sisteminin yaradılması, regionlarda ekoturizm potensialının maksimum reallaşdırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi və hava nəqliyyatının daha da inkişaf etdirilməsi vacib əhəmiyyət kəsb edir”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər