330x110
 

Bank VTB (Azərbaycan) “Maliyyə-bank” adlı panel iclasda iştirak edib

04.02.2020,14:15


4 fevral, Fineko/abc.az. Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramının” icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib.

Tədbir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə baş tutub.

Konfrans çərçivəsində bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, güzəştli kreditlərdən istifadə mexanizmi və iş adamlarını maraqlandıran bir sıra aktual məsələləri əhatə edən “Maliyyə bank” panelində iştirak edib. İclas çərçivəsində Yevgeni Kirin sahibkarlarla əməkdaşlıq perspektivlərinin müzakirə edib.

 

                                                  

 

Açar sözlər: VTB