İstifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir – Prezident nəqliyyatdan danışdı

15:00 - 4.02.2020


4 fevral, Fineko/abc.az. Bildiyiniz kimi fevralın 3-də Prezident İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı konfransda Bakı şəhərinin nəqliyyatı məsələlərinə də toxunaraq qeyd edib ki, paytaxtın nəqliyyatı yaxşılaşdırılır, indi həm dövlət, həm özəl sektor xətti ilə daha səmərəli fəaliyyət göstərir. Xüsusilə özəl sektoru qeyd edən Prezident dövlət xətti ilə gətirilən avtobusların bütün standartlara cavab verdiyini vurğulayıb: “Məsuliyyətli sahibkarlar dərhal bu işlərlə məşğul olmağa başlayıblar. Əminəm ki, bundan sonra da həm özəl qurumlar, həm dövlət sektoru bu işdə fəal olacaqdır. Ancaq Sumqayıtdan fərqli olaraq bizim başqa şəhərlərdə vəziyyət acınacaqlıdır. Şəhər nəqliyyatı bərbad vəziyyətdədir. İstifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir. Ona görə mən həm yerli icra orqanlarına, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq göstəriş vermişəm ki, mənə geniş məlumat versinlər, mövcud avtobus parkı nə vəziyyətdədir? Biz bu məsələni də həll etməliyik. ".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər