Neftin qiymətləri yüksəlir, “Azeri Light” $0,41 bahalaşdı

10:16 - 5.02.2020


5 fevral, Fineko/abc.az. Yanvar ayındakı 20%-dən çox maksimum enişdən sonra, çərşənbə günü neftin qiymətləri artmağa başlayır.

Fevralın 4-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $0,49 (0,9%) enərək bir barelə $53,96 təşkil etmişdir. Aprelin fyuçers qiyməti saat 9:25-də $0,65 (1,2%) bahalaşaraq bir barelə $54,61 təşkil etmişdir.

Fevralın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $0,50 (1%) ucuzlaşaraq bir barelə $49,61 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:25-də $0,55 (1,11%) artaraq bir barelə $50,16 təşkil etmişdir.

WTI və Brent-in qiymətlərinin yanvarın 6-da qeydə alınan pik səviyyədən düşməsi 20%-dən çox olub ki, bu da "ayı" tendensiyanı göstərir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,41 (0,68%) bahalaşaraq bir barelə 60,27 ABŞ dolları təşkil edib.

 

Bütün xəbərlər