330x110
 

AtaSığorta -dan Sənaye Sığortaya 2-ci transfer - Yeni təyinat - Özəl

05.02.2020,10:41


5 fevral, Fineko/abc.az. “AtaSığorta” ASC-dən  Sənaye Sığorta şirkətinə daha bir transfer olub.

Belə ki, indiyədək “AtaSığorta” ASC-də Filiallarla İş Departamentinin direktoru vəzifəsində çalışan Fərid Abdurahmanov fəaliyyətini bundan sonra “Sənaye Sığorta” şirkətində Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsi üzrə davam etdirəcək.

 Bu barədə məlumatı ABC.AZ-a Fərid Abdurrahmanovun özü verib.

Qeyd edək ki, “AtaSığorta” ASC-dən  Sənaye Sığorta şirkətinə keçid ilk deyil. Belə ki, bir neçə gün əvvəl “AtaSığorta” ASC-nin Bakı Nümayəndəliyinin rəhbəri Nicat Əlibəyli də Sənaye Sığorta şirkətinə keçmişdi.

Müəllif: Elmir Murad