Agentliyinin sədri otel rəhbərlərinə səsləndi - Ölkəmizin imicinin qorunub saxlanmasına dəvət edirik

11:08 - 5.02.2020


5 fevral, Fineko/abc.az.  Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm ictimaiyyətinə müraciəti edib.

ABC.AZ xəbər verir ki, sədr müraciətində Azərbaycanda bu il keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsi ilə bağlı ölkəmizə gələcək çoxsaylı qonaqların olacağına toxunub.

F. Nağıyev Bakıda ulduz dərəcəsinə uyğun olaraq müxtəlif büdcəli, həm beynəlxalq, həm də yerli brendlərə məxsus hotellər və digər qalma yerləri kifayət saydadır və yarış ərəfəsində xarici qonaqların rahatlığını təmin etmək qabiliyyətində olduğunu deyib və bəzi nöqsanları da xatırladıb: Agentlik sədrinin sözlərinə görə, ötən il Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununda ölkəmizin imicinə xələl gətirmək üçün bəzi xarici media orqanlarında yanlış məlumatlar yayıldı, xarici qonaqlar bilərəkdən əsassız məlumatlarla Azərbaycana səfər etməkdən çəkindirilməyə çalışıldı: “Həmçinin bəzi hotel, hostel və digər yerləşmə və qalma yerləri tərəfindən süni qiymət artımı, oyunlardan xeyli əvvəl bron edilmiş yerlərin ləvğ edilərək oyunlar ərəfəsində daha yüksək qiymətlə satışa çıxarılması və bu kimi xoşagəlməz halların şahidi olduq. Bütün bunlar ölkəmiz və insanlarımız haqqında yanlış təsəvvürlər formalaşdıraraq Azərbaycan haqqında mənfi rəylərin yaranmasına səbəb ola, eləcə də turizmin inkişafına mənfi təsir göstərə bilər. Bu səbəbdən hotellər, hostellər, yerləşdirmə imkanlarına malik fərdi evlər və yerləşmə vasitələri hesab edilən mehmanxana tipli digər bütün obyektləri turistlərə xidmət göstərərkən bu kimi hallara yol verməməyə çağırır, ölkəmiz haqqında müsbət imicin qorunub saxlanmasına dəvət edirik”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər