“Qara bazarda” dolların alışı ucuzlaşır

10:22 - 27.12.2017


27 dekabr, Fineko/abc.az. “Qara” valyuta bazarında dolların alış qiymətinin enməsi qeyd edilir.

Fineko/abc.az İnformasiya Agentliyinə bildirildiyi kimi, dolların alışı 1,7 manatdan 1,695 manata düşüb, satışı isə 1,703-1,705 manat təşkil edir.

Avronun alışı 2,00 manat, satışı isə 2,01 manat olaraq qalıb.

Rusiya  rublunun satışı yenidən bahalaşıb. “Qara bazar”da rublun alışı 0,0285 manat təşkil edir, satışı isə 0,0288 manatdan 0,0290 manata qədər yüksəlib.

 

Bütün xəbərlər