SOCAR yeni şirkət yaradıb - Rövnəq Abdullayev

12:04 - 5.02.2020


5 fevral, Fineko/abc.az. SOCAR prezidenti Rövnəq Abdullayev Yeni şirkət yaratdıqlarını və Türkiyədən qayıtmış mütəxəssislərin işə götürüləcəyini bildirib.

ABC.AZ xəbər verir ki, R.Abdullayev bunu gənclərlə görüşdə bildirib.

O qeyd edib ki, bu gün təcrübə mübadiləmiz bizim ən gözəl nəticələr verən təşəbbüslərimizdən biridir: “PETKİM-də bizim gənclərin Türkiyədə olan müəssisələrimizə işləmə imkanları yaradılması zavodlarımızda iş mədəniyyətinin artırılmasına böyük təkan verdi. Mübadilə davam edir. Heydər Əliyev adına Neft Emalı Zavodundan artıq 30 nəfərə yaxın Petkim-də və STAR-da çalışırlar və bu davam edəcək. Biz artıq modernizasiya layihəsi çərçivəsində orada işləyənləri, təcrübə yığmış yüksək səviyyəli mütəxəssislərimizi geri qaytaracağıq. Zavodun gənc işçiləri bilməlidir ki, SOCAR DOWNSTREAM adlı şirkət yaratmışıq. Həmin şirkət modernizasiya və yeni qurğuların işlənməsini həyata keçirəcək. Bizim Türkiyədən qayıtmış mütəxəssislər həmin şirkətdə işə götürüləcək və onların yerinə yeni gənclərimiz STAR-a təcrübə keçmək üçün göndəriləcək. Biz bu qurğularda işləmək üçün indidən kadr hazırlığına başlamışıq. Sizi təcrübə üçün Türkiyəyə işləməyə göndərəcəyik”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər