Bu rayonda böyük təsərrüfat yaradılır – 500 nəfər işlə təmin olunacaq

14:47 - 5.02.2020


5 fevral, Fineko/abc.az.  Azərbaycanda termal su ilə isidilən yeganə təsərrüfat olan “GEOTERMAL AGRO” MMC-yə ayrılmış 55 hektarın 7 hektarında artıq müasir istixana kompleksi quraşdırılıb.

ABC.AZ xəbər verir ki, bunu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

İcra başçısı qeyd edib ki, müəssisəyə 15 milyon manat investisiya qoyulub və növbəti illərdə bu məbləğ artacaq: “Daha 10 milyon manat investisiya qoyulması planlaşdırılır. Hazırda kompleksdə 80 nəfər çalışır, mövsüm vaxtı isə 200 nəfər işlə təmin edilir. Kompleksdə işlər tam başa çatdıqdan sonra 500 nəfər daimi işlə təmin olunacaq.

Keçən il müəssisədə istehsal olunan 2100 ton pomidordan 1500 tonu Rusiyaya ixrac edilib”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər