330x110
 

Bakıdakı turizm tədbirinə gəlmək üçün 200 şirkət qeydiyyatdan keçib – 50 ölkə qatılacaq

05.02.2020,15:13


5 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakıda “Travel Businness Azerbaijan 2020” adlı böyük tədbir keçiriləcək. Artıq tədbirdə iştirak etmək üçün 200-dən çox yerli və xarici şirkət qeydiyyatdan keçib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ilk dəfə keçiriləcək turizm tədbirinə Yaxın Şərq və Avropa ölkələri, Rusiya, Qazaxıstan, Ukrayna, Hindistan, Pakistan, Yaponiya və Koreya kimi ölkələr daxil olmaqla dünyanın 50 ölkəsindən 1000-dən çox iştirakçının qatılacağı gözlənilir. Bakı Konqres Mərkəzində keçiriləcək tədbir ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma rolunu oynayır. Tədbirin keçirilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında tərəfdaşlıq münasibətlərinin və əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmaq, qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir.

Müəllif: Elmir Murad