Azərbaycanda meşə ilə örtülü sahələrdən 38 ton meyvə yığılıb – Ötən il

16:11 - 5.02.2020


5 fevral, Fineko/abc.az. Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib, o cümlədən 14,0 min hektarda meşəbərpa tədbirləri aparılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, görülmüş tədbirlər çərçivəsində 1,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 12,0 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilmiş və 12,5 min hektar sahədə meşələrin təbii bərpasına kömək olunub. Bundan başqa, 61,7 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.

Ümumilikdə 2019-cu ildə meşə ilə örtülü sahələrdən 38,1 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib ki, bunların da 7,1 tonu qoz, 0,4 tonu ərik, 0,4 tonu şaftalı, 26,6 tonu palıd, 2,8 tonu digər ağac və kol cinslərinin toxumlarının payına düşüb.

 

Bütün xəbərlər