Azərbaycanda lotoreya oyununda 183 min manat uduldu

16:13 - 5.02.2020


5 fevral, Fineko/abc.az.  Azərbaycanda “6/40” lotereyasının 2020-ci ildə ilk “Cek Pot” uduşu qeydə alınıb.

ABC.AZ “Azərlotereya” ASC-yə istinadən xəbər verir ki, uduş ötən gün oynanılıb.

Belə ki, fevralın 4-ü lotereyanın 2 549-cu tirajında Cek Pot pul mükafatı 183 min 614 manata yüksəlib. Məbləği 057358 nömrəli biletin sahibi qazanıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər