330x110
 

Yanvarda qiymətli kağızlar üzrə bu qədər əməliyyat keçirilib – Məbləğ

05.02.2020,17:24


5 fevral, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) 2020-ci ilin yanvar ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi açıqlanıb.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, sözügedən dövrdə 667,283,378 manat həcmində qiymətli kağızlar üzrə əməliyyatlar keçirilib.

Ötən ilin analoji dövründə əməliyyatlar 1,512,488,342 manat olub. Bu o deməkdir ki, 2020-ci ilin yanvar ayı üzrə qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunub. Buna baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 359% böyümə qeydə alınıb.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 3,841,280,572.82 manat təşkil edib.