Neftin qiymətləri yüksəlməkdə davam edir, “Azeri Light” $2 bahalaşdı

10:12 - 6.02.2020


6 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, çərşənbə günü qeyd olunan kəskin artımdam sonra, cümə axşamı günü güclü artımda davam edir.

Fevralın 5-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $1,32 (2,45%) artaraq bir barelə $55,28 təşkil etmişdir. Aprelin fyuçers qiyməti saat 9:30-da $1,07 (1,94%) bahalaşaraq bir barelə $56,35 təşkil etmişdir.

Fevralın 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $1,14 (2,3%) bahalaşaraq bir barelə $50,75 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:30-da $1,24 (2,44%) bahalaşaraq bir barelə $51,99 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $1,26 (2,09%) bahalaşaraq bir barelə $61,53  təşkil edib.

 

Bütün xəbərlər