Aztelekom üçün ayrıca xətt tikiləcək – 1 milyon manatlıq müqavilə imzalandı

10:31 - 6.02.2020


6 fevral, Fineko/abc.az. "Aztelekom" MMC üçün ayrılmış xətt tikiləcək.

ABC.AZ xəbər verir ki, MMC bu məqsədlə elan etdiyi tenderə yekun vurub və “Azrabitə Servis” MMC-ni qalib elan edib.

"Aztelekom" MMC “Azrabitə Servis” MMC ilə müqavilə bağlayıb. Müqavilənin məbləği 976 min 845 manatdır.

Qeyd edək ki, "Aztelekom"  Azərbaycan Respubliaksı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən şirkətdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər