Nazirlik müəllimlərə və tələbələrə yataqxana tikəcək

11:19 - 6.02.2020


6 fevral, Fineko/abc.az. Azərbaycanda müəllimlər və tələbələr üçün yataqxana tikiləcək.

ABC.AZ xəbər verir ki, artıq Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti üçün kənd təsərrüfatı yönümlü kolleci tikintisinin layihələndirilməsinə dair tender elan edib.

Elana əsasən tələbələr üçün yataqxana ilə yanaşı nazilrik ADAU-nun müəlimlərinin yerləşdirilməsini də düşünüb. Belə ki, müəllimlər üçün də 30 mənzildən ibarət yataqxananın layihələndirilməsi üçün tender elan edib.

Qeyd edək ki, hər tenderdə iştirak haqqı 50 manatdır.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər