330x110
 

Elektron ticarətlə nağdsız ödənişlər artıb - 2 dəfə

06.02.2020,14:05


6 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank əhalinin kart və ödənişləri barədə statistikanı açıqlayıb.

ABC.AZ xəbər verir ki, 2018-ci ildə 16 milyard 583 milyon manatlıq ölkədaxili əməliyyatın 83%-ni və ya 13 milyard 762 milyon manat nağd pulun çıxarılması, 17%-ni və ya 2 milyard 821 milyon manatını nağdsız ödənişlər təşkil etmişdi.

2018-ci illə müqayisədə 2019-cu ildə POS-terminallar ilə nağdsız ödənişlər 19,5% və ya 218 milyon manat artaraq 1 milyard 333 milyon manat təşkil edib. 2018-ci ilin sonunda POS-terminallar ilə nağdsız ödənişlər 1 milyard 115 milyon manata çatmışdı.

Ötən il elektron ticarət ilə nağdsız ödənişlər təxminən 2 dəfə artaraq 2 milyard 935 milyon manata yüksəlib. 2018-ci ilin sonunda elektron ticarət ilə nağdsız ödənişlər 1 milyard 492 milyon manata çatmışdı.

Qeyd edək ki, debet və kredit  kartları vasitəsilə ölkə xaricində 1 milyard 475 milyon manatlıq əməliyyatlar aparılıb.