Azəri-Çıraq-Günəşlidən günə bu qədər neft hasil olunur – BP-dən Hesabat

14:59 - 6.02.2020


6 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi BP şirkəti 2019-cu il üçün Biznes Əməliyyatları Hesabatını açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, 2019-cu ildə Azəri-Çıraq-Günəşlidən (AÇG) hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (41 000), Mərkəzi Azəri (134 000), Qərbi Azəri (121 000), Şərqi Azəri (89 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (54 000) platformalarından birlikdə – gündə orta hesabla 535 000 barel və ya ümumilikdə 195 milyon bareldən artıq, yəni 26 milyon ton olub.

İlin sonunda AÇG-də ümumilikdə 125 neft hasilat quyusu və 46 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. AÇG üzrə qazma və tamamlama fəaliyyətləri il ərzində AÇG-də 10 neft hasilat quyusu və bir su injektor quyusu qazılıb.

Səmt qazı 2019-cu ildə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,7 milyon kubmetr, ümumilikdə isə 2,1 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub. Səngəçal terminalı 2019-cu ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 80 milyon standart kubmetrdir.

 

Bütün xəbərlər