BTC ilə 447 milyon tondan artıq xam neft nəql edilib – 13 il ərzində

15:51 - 6.02.2020


6 fevral, Fineko/abc.az. 2019-cu il ərzində Bakı-Tbilisi Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 138 milyon dollar, əsaslı xərclərə isə təqribən 44 milyon dollar xərclənib.

ABC.AZ xəbər verir ki, bu BP şirkətinin Biznes Əməliyyatları Hesabatında qeyd olunub.

Hesabata əsasən 1768 km uzunluğunda olan BTC boru kəməri vasitəsilə 2006-cı ilin iyun ayından 2019-cu ilin sonunadək ümumilikdə 447 milyon tondan artıq (3,35 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4381 tankerə yüklənərək dünya bazarlarına göndərilib. İl ərzində isə BTC vasitəsilə təqribən 31 milyon ton (233 milyon bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 296 tankerə yüklənib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan Azəri-Çıraq-Günəşli (AÇG) nefti və Şahdəniz kondensatı daşıyır.

Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər