Şahdəniz 2 layihəsinin obyektləri tam təhvil verilib – Ötən il

16:34 - 6.02.2020


6 fevral, Fineko/abc.az. 2019-cu ildə Şahdəniz 2 layihəsinin dənizdə və qurudakı obyektlərinin əməliyyatlara tam təhvili başa çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətindən məlumat verilib.

Hesabata əsasən layihə komandası ilk hasilat ilində Şahdəniz 2 qurğularının yüksək səmərəliliyini təmin etmək məqsədilə əməliyyatlara dəstək verib. Layihə çərçivəsində sualtı quraşdırma işləri, o cümlədən 2021-ci ildə yatağın şərq-cənub cinahından hasilatın başlanması üçün dərin sularda avadanlıqların quraşdırılması işləri davam edib.

 

 

Bütün xəbərlər