Bu əməliyyatlara 34 milyon dollar əsaslı xərc qoyulub - Hesabat

16:44 - 6.02.2020


6 fevral, Fineko/abc.az. 2019-cu ildə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 48 milyon dollar əməliyyat xərcləri və təqribən 34 milyon dollar əsaslı xərclər sərf edilib.

ABC.AZ xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətindən məlumat verilib.

Hesabata əsasən 2019-cu il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 29 milyon kubmetr olub.

Qeyd edək ki, geoloji kəşfiyyat Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına 2020-ci il yanvarın 13-də başlanıb. Quyunun 9 aya qazılacağı planlaşdırılır. D230 blokunda 2019-cu ilin dekabr ayında 3-ölçülü seysmik tədqiqat proqramına başlanıb və hazırda davam edir. Bu işlərin 2020-ci ilin birinci yarısında başa çatacağı planlaşdırılır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər