Pensiyaçılara illik əlavə 1 milyard manat ödəniləcək – Sahil Babyevdən açıqlama

10:25 - 7.02.2020


7 fevral, Fineko/abc.az. Pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödəniləcək.

ABC.AZ xəbər verir ki, bunu fevralın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

Prezident İlham Əliyevin pensiyaların artırılması ilə bağlı sərəncamını şərh edən nazir qeyd edib ki, orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksələcək.

S.Babayev bildirib ki, bu həm də qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlara bir mesajdır ki, onlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər. “Pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar. Beləliklə, gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar" deyə nazir əlavə edib.

Qeyd edək ki, fevralın 6-da Prezident İlham Əliyev pensiyaların artırılması barədə sərəncam verib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər