Nazir bahalaşmadan danışdı

10:40 - 7.02.2020


7 fevral, Fineko/abc.az. Ciddi inflyasiya üçün hər hansı bir təhlükə yoxdur.

ABC.AZ xəbər verir ki, bunu fevralın 6-da mətbuat konfransı keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Sahil Babayev deyib.

Nazir bildirib ki, infilyasiya idarə oluna bilən şəkildədir. Onun sözlərinə görə, aidiyyati dövlət qurumları, o cümlədən Mərkəzi Bank tərəfindən sabit saxlanılması üçün müvafiq maliyyə alətlərindən istifadə edilməklə tədbirlər görülür: “Ötən il pensiya və əməkhaqqı artan zaman inflyasiya bizim pronozlarımızdan da aşağı səviyyədə oldu. Buna görə də geniş sosial paketin həyata keçirilməsi vətəndaşlarımız üçün ciddi bahalaşma riski yaratmır. Ötən il orta əməkhaqqı və orta pensiya 15 faiz, sosial müavinətlər və təqaüdlər orta hesabla iki dəfə artıb. Lakin inflyasiya 2,6 faiz olub. Bu onu göstərir ki, vətəndaşların gəlirləri inflyasiyadan altı dəfə çox artıb. İnfilyasiya təhlükəsi gözləmirik. Hökumət tərəfindən təsdiq edilmiş çərçivə var və bunun daxilində infilyasiyanı saxlanması üçün Mərkəzi Bank və adiyyəti dövlət qurumları tərəfindən tədbirlər görüləcək. Mən inanıram ki, bu ildə infilyasiyanın qarşısı alınacaq".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər