BP Azərbaycandakı sosial layihələrə 3 milyon dollar xərcləyib – 1 ildə

10:51 - 7.02.2020


7 fevral, Fineko/abc.az. 2019-cu ildə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 3 milyon dollar xərcləyib.

ABC.AZ xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətindən məlumat verilib.

Şirkət ötən ildən “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı proqramı həyata keçirməyə başlayıb. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihənin birinci fazası 2019-cu ilin yanvar ayında bitdi və həmin ilin iyul ayından başlayaraq layihə ikinci fazada davam edir. Bu yeni fazada layihədə 100-dək əilliyi olan səxs iştirak edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər