Sadələşmələr nəticəsində daha 5 min ailə ünvanlı sosial yardım ala bilib - Nazir

11:17 - 7.02.2020


7 fevral, Fineko/abc.az. Azərbaycanda ünvanlı sosial yardımların verilməsində yumşalmalar və sadələşdirmələr nəticəsində indi daha çox ailə yardım ala biləcək.

ABC.AZ xəbər verir ki, bunu fevralın 6-da keçirilən mətbuat konnfrasnda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Naizr qeyd edib ki, ötən il torpaq mülkiyətçiliyi ilə bağlı maneələrin aradan qaldırılması nəticəsində daha 5 min ailə və ya 20 min nəfər ünvanlı sosial yardım ala bilib. Onun sözlərinə görə, ünvanlı yardım üçün minimal yaşayış meyarı da artırılaraq 143 manatdan 160 manata qaldırılıb: “Bu bir ailə üçün 70 manatdan artıqdır və həm yardımın həcmini, həm də proqrama düşənlərin sayını artıracaq. Ehtiyac meyarının dəyişməsi və artırılması o deməkdir ki, artıq ailədə adambaşına gəlirin 160 manatdan az olduğu ailələr də ünvanlı yarım ala biləcək. Yəni 4 nəfərlik ailə üzrə olan ailənin ümumi gəliri 640 maaidan azdırsa, onlara yardım veriləcək”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər