Nazirlik hərrac keçirir – Məbləğ 10 milyondur

11:19 - 7.02.2020


7 fevral, Fineko/abc.az. Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, hərrac fevralın 11-də Bakı Fond Birjasında olacaq.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. İstiqrazların buraxılış parametrlərinə görə qiymətli kağızın ISIN kodu AZ0104002776, emissiya həcmi 10 000 000 AZN, nominal dəyəri 100 AZN, istiqrazların tədavül müddəti 364 gün, ödəmə tarixi 09.02.2021, anderrayter isə Paşa Kapital İŞ QSC-dir.

Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir

 

Bütün xəbərlər