330x110
 

SOCAR rəsmisindən benzinin qiymətinin aşağı salınacağı barədə açıqlama

07.02.2020,12:03


7 fevral, Fineko/abc.az. SOCAR benzinin qiymətinin aşağı salıanacağı və təbii qaz limitinin ləğv ediləcəyi ilə bağlı məsələlərə aydınlıq gətirib.

ABC.AZ xəbər verir ki, SOCAR-ın İctimaiyyətlə əlaqələr və Tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İtv-də qonaq olarkən bildirib ki, təmsil etdiyi qurum sözügedən müzakirələrdə iştirak edir.

İ.Əhmədov benzinin və təbii qazın qiymətlərinin artırlması məsələsini belə əsaslandırıb: “Qiymət artımına Tarif Şurası qərar verir. Qiymətin arıtılmasını da onlar əsaslandırırlar. Nəyə görə qiymət artırılır və ya azalmır? Bunun izahı budur ki, Azərbaycanda başqa ölkələrdə olduğu kimi bu məhsulların qiymətinin tənzimlənməsi birbaşa bazar yox, dövlət tərəfindən həyata keçirilir. Əslində əgər dövlət bunu bazarın öhdəsinə buraxsaydı bu qiymət daha da yüksək olardı. Bəs bunun dayanıqlı çözümü varmı? Bunun dayanıqlı çözümü gələcəkdə mümkün ola bilər. Əslində həm qaz, həm də neft qiymətinin prinsipcə ucuz satmaq mümkün olardı. Lakin bu gün aparılan proseslər onun qiymətini müəyyənləşdirir”.

Müəllif: Elmir Murad