Rusiyadan Azərbaycan istiqamətindəki avtomobil yolu bağlanıb

14:30 - 7.02.2020


7 fevral, Fineko/abc.az. Rusiyadan Azərbaycan və Gürcüstan istiqamətindəki Hərbi Gürcüstan avtomobil yolu bütün nəqliyyat vasitələri üçün bağlanıb.

 Xəbər verilir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimali Osetiya-Alaniya Respublikası üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, avtomobil yolunun Vladiqafqaz şəhəri və Lars yaşayış məntəqəsindən Rusiya sərhədinə kimi olan hissəsi fevralın 7-si səhər saatlarından bütün nəqliyyat vasitələri üçün bağlıdır. Bu, Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədardır.

Baş İdarə əhaliyə göstərilən istiqamətdə nəqliyyat vasitələri ilə hərəkət etməməyi tövsiyə edib.

© Azertag.az

Bütün xəbərlər