AZPROMO iş adamlarına müraciət edir

14:38 - 7.02.2020


7 fevral, Fineko/abc.az. İranın “CinnaGen” dərman şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Şirkət sonsuzluq, xərçəng, qan xəstəliklərinin müalicəsi məqsədilə müasir texnologiyalardan istifadə etməklə dərman preparatları istehsal edir.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat yayıb.

AZPROMO yerli sahibkarları və iş adamlarını İran şirkəti ilə əməkdaşlığa dəvət edir.

Bütün xəbərlər