Xaçmazda ilk KOB Evi açıldı – Bu gün

15:29 - 7.02.2020


7 fevral, Fineko/abc.az. Xaçmazda ilk Kiçik və Orta Biznes Evi (KOB Evi) istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov  KOB Evinin biznes subyektləri üçün operativlik prinsiplərinə uyğun, müasir innovasiyalarına əsaslanan dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin göstərildiyi vahid məkan olduğunu diqqətə çatdırıb.

Açılışda qeyd olunub ki, KOB Evində sahibkarlara startap layihələrinə başlanılması, biznes və marketinq planlarının hazırlanması, lisenziyaların alınması, mühasibat uçotunun aparılması, idxal-ixrac rəsmiləşdirilməsi, logistika və infrastruktur şəbəkələrinə, daxili və xarici bazarlara çıxış, ixracın təşviqi və digər istiqamətlərdə dəstək göstəriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər