Daha bir yolda yeni körpülər tikilib - Foto

10:17 - 10.02.2020


10 fevral, Fineko/abc.az. Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

ABC.AZ xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib.

Qeyd edək ki, layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib.

Müəllif:Elmir Murad

 


Bütün xəbərlər