330x100
 

BakuBus tender elan edir

10.02.2020,10:53


10 fevral, Fineko/abc.az. “BakuBus” MMC nəqliyyat vasitələrində təmir işləri üçün dəmirçi, bərpa və digər xidmətlərin satınalınması üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 500 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri  04.03.2020 11:00 qədər , tender təklifini və  bank təminatını isə 12.03.2020 11:00 qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az   vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 13.03.2020 11:00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs : Ramiq Zeynalov

Telefon: (994 12) 404-11-10

Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu 1-ci km “1”