Paşa Həyat Sığortanın yığımları xeyli azalıb – 20 faizə yaxın

11:32 - 10.02.2020


10 fevral, Fineko/abc.az. Paşa Həyat sığortanın yığımlarında azalma qeydə alınıb.

ABC.AZ Mərkəzi Bankının (AMB) rəsmi hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə şirkətin sığorta yığımları 212 559 000 manat təşkil edib.

Bu isə 2018-ci illə müqayisədə 52 429 000 manat və ya 19,8% azalma deməkdir. Belə ki, 2018-ci ildə şirkət tərəfindən 264 988 000 manat həcmində sığorta haqqı toplanmışdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər