Əsas şərt odur ki, sığorta şirkətləri problemləri dövlətin üzərinə atmasınlar – Elman Rüstəmov

12:27 - 10.02.2020


10 fevral, Fineko/abc.az. Mərkəzi Bankın sədri Elman Rüstəmov fevralın 9-da jurnalistlərə açıqlama verərək bildirib ki, Azərbaycanın sığorta bazarında vəziyyət ümumilikdə sabitdir, lakin bəzi nöqtəvi problemlər ola bilər.

 ABC.AZ xəbər verir ki, baş bankir qeyd edib ki, hələlik sığorta sektorunda qiymətləndirmə aparmamışıq, lakin yaxın zamanda bunu etməyi planlaşdırırıq.

Onun sözlərinə görə, sığorta sektorunda sabitlik müşahidə olunur, amma nöqtəvi problemlərin olması mümkündür: “2020-ci ildə sığorta bazarının canlandırılmasına çalışacağıq. Sığorta sektorunun həm biznes, həm əhalinin risklərini əhatə etməsi üçün işləyəcəyik. Bu, bazarın inkişafı və risklərin azalmasına səbəb olacaq. Hökumət tərəfindən qarşıya qoyulan əsas şərt ondan ibarətdir ki, sığorta şirkətləri problemləri müstəqil olaraq həll etsinlər, dövlətin üzərinə qoymasınlar”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər